LAÇINDAKI İKİ SES HİDRO-3 LAYİHƏSİ İLƏ KARBON BAZARINA DAXİL OLDU
Azərbaycanın enerji sektorunda tarixi əhəmiyyətə malik yeni bir nailiyyət əldə olunub. “SOCAR Trading” və “AzərEnerji” ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən “Mirik” və “Qaraqışlaq” kiçik su elektrik stansiyalarını əhatə edən Hidro-3 layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub.
“İki sahil” xəbər verir ki, layihə 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan Gold Standard tərəfindən qeydiyyata alınıb, 28 yanvar 2026-cı il tarixində Hidro-3 layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib.
Bununla da, Hidro-3 layihəsi Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir.
Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə edir və ümumi həcmi 10 745 karbon vahidi təşkil edir. Bu göstərici layihənin istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verdiyini təsdiqləyir.
Bu nailiyyət Azərbaycanın yaşıl enerji strategiyasının uğurla icra olunduğunu və Qarabağ bölgəsinin bərpa olunan enerji potensialının beynəlxalq səviyyədə tanındığını bir daha nümayiş etdirir.
Maliyyə Nazirliyi: Buğda, ət, süd, balıq və bitki yağları üzrə istehsal potensialı artırılmalıdır
Bəxtiyar Məmmədov: Bakı metrosunun “Qırmızı xətt”ində interval maksimum 2 dəqiqə olacaq
Metropoliten rəsmisi: “28 May” və “Cəfər Cabbarlı” stansiyaları arasında daha bir piyada keçidi istifadəyə veriləcək
Bu ilin 7 ayında ASCO gəmiləri ilə TIR və avtotexnika daşımalarının həcmi 10 % artıb