Dünyada baş verən münaqişələr, iqlim şokları, iqtisadi qeyri-sabitlik və bərabərsizliklər uşaqlara böyük təzyiq göstərir.
“İki sahil” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel Nyu-Yorkda BMT-nin qərargahında illik toplantıda çıxışı zamanı deyib.
"Dünya sürətlə dəyişir və bu dəyişiklik müvəqqəti deyil. Uşaqların üzləşdiyi çətinliklər çox böyükdür. Bu problem getdikcə daha mürəkkəb, məhdudlaşdırıcı və qütbləşmiş hala gəlir. Bu gün uşaqların üzləşdiyi humanitar vəziyyət indiyə qədər gördüyümüz ən pis vəziyyətlərdən biridir. 2026-cı ildə 130-dan çox ölkədə 200 milyondan çox uşağın humanitar yardıma ehtiyacı olacaq", - deyə o qeyd edib.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib