Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri Qaraxanbəyli kəndində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
“İki sahil” xəbər verir ki, nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Naxçıvan Şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının yaxınlıqda yerləşən fərdi yaşayış evlərinə yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 378 kvadratmetr olan obyektin 330 kvadratmetr hissəsi içərisindəki əşyalarla birlikdə yanıb, sexin 48 kvadratmetrlik otağı içərisindəki əşyalarla birlikdə və sexə bitişik 3 fərdi yaşayış evi yanğından mühafizə olunub.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib