42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti qəbul keçirib.
“İki sahil” xəbər verir ki, görüş zamanı vətəndaşların müraciətlərini diqqətlə dinlənilib, onların qaldırdığı məsələləri ətraflı müzakirə edilib. Bir sıra məsələlər yerindəcə həllini tapdı, digər müraciətlərin isə araşdırılması və qanunvericiliyə uyğun şəkildə həlli üçün müvafiq dövlət qurumlarına rəsmi sorğular ünvanlandı.
Qəbulda Dövlət Məşğulluq Agentliyinin Abşeron–Xızı regional filialının müdiri Rəfael Məmmədov və müdir müavini Zaur Allahverdiyev də iştirak ediblər. Məşğulluq məsələləri ilə bağlı müraciət edən seçicilərin hər biri ilə fərdi qaydada söhbət aparıldı, mövcud vakansiyalar, aktiv məşğulluq proqramları və peşə hazırlığı imkanları barədə ətraflı məlumat verildi.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib