Bakının Nəsimi rayonunda yerləşən qəzalı yaşayış binaları söküləcək.
“İki sahil” xəbər verir ki, söhbət Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən, 1-2 mərtəbəli və 50-dən artıq ailənin məskunlaşdığı köhnə tikililərdən gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və binaların mövcud vəziyyəti qiymətləndirilib. Mənzillərin ölçülərini dəqiqləşdirərək texniki sənədləşmə işlərinə başlayıblar.
İlkin planlara əsasən, söküləcək ərazidə yaşıllıq zonası və parkın yaradılması nəzərdə tutulur. Layihənin detalları hələlik açıqlanmasa da, söküntü işlərinin cari ilin aprel ayından etibarən başlanacağı bildirilir.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib