Azərbaycanda yağıntı 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib.
“İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 12-si saat 11:00-a olan məlumatında qeyd edilib.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Qarabağ Universitetində tələbə həyatı: Məqsədimiz yalnız ixtisaslı mütəxəssis deyil, hərtərəfli şəxsiyyət yetişdirməkdir
Gələcəyin məzunu yalnız iş axtaran deyil, dəyişiklikləri qabaqlayan mütəxəssis olmalıdır - Şahin Bayramov