Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Ramiz Mehdiyev, Əli Kərimli, Fuad Qəhrəmanlı, Qənimət Zahid və başqalarının cinayət əməlləri ilə bağlı yaydığı geniş videomaterial ciddi məqamlara diqqət çəkib.
“İki sahil” xəbər verir ki, “Milyarderlər İttifaqı” tərəfindən Milli Şura yaradıldıqdan sonra Şura üzvlərinin Ramiz Mehdiyev və Abbas Abbasovdan maddi vəsaitlər əldə edilməsi faktları ifşa olunub.
DTX tərəfindən yayımlanan videoda AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının vəsaitləri necə qəbul etməsi görüntüləri təqdim edilib.
Qeyd edək ki, F.Qəhramanlı da cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilməklə axtarışa verilib.
Həmin görüntüləri təqdim edirik:
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib