Ötən il Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycandakı müəssisələrində istehsal olunan 2 milyon 168 min 942 ton neft, neft-kimya və qaz-kimya məhsulları xarici bazarlara ixrac edilib.
“İki sahil” xəbər verir ki, bu barədə SOCAR-ın 2025-cü ilin yekunlarına dair açıqladığı qazma, hasilat, emal və ixrac göstəricilərində deyilir.
Məlumata görə, bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 140 min 700 ton və ya 6,1 % azdır.
Qeyd edək ki, 2024-cü ildə SOCAR-ın ölkədəki müəssisələrində istehsal edilən 2 milyon 309 min 642 ton neft, neft-kimya və qaz-kimya məhsulları ixrac edilib.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir