Bu gün Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
“İki sahil” xəbər verir ki, bu barədə "Azərişıq" ASC-dən məlumat verilib. Məlumata görə, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir və yenidənqurma işləri həyata keçiriləcək.
Bununla əlaqədar olaraq saat 10:30-dan 16:30-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib