Rusiyanın xarici dövlət borcu, yəni, hökumətin xarici kreditorlar qarşısında öhdəlikləri 1 fevral tarixinə görə 61,9 milyard dollara çatıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin rəsmi saytında məlumat yerləşdirilib.
Bu rəqəm 2006-cı ildən bəri ilk dəfə 60 milyard dolları keçib.
Rusiya Mərkəzi Bankının məlumatına görə, Rusiyanın 2026-cı ilin əvvəlində ümumi xarici borcu 319,8 milyard dollar olub. Son bir ildə bu, 10,4% və ya 30 milyard dollar artıb.
RBK bildirir ki, tənzimləyici xarici borcun artımını rublun möhkəmlənməsi fonunda öhdəliklərin yenidən qiymətləndirilməsi, eləcə də borc maliyyələşdirməsinin cəlb edilməsi ilə əlaqələndirir.
Karapetyanın keçmiş vəkili müxalifətdən Ermənistan parlamentinin vitse-spikeri seçilib
Türkiyə gəmiçilik şirkətlərinə Qara dənizdəki vəziyyətlə bağlı XƏBƏRDARLIQ EDİB