10 avqust 2026 12:14
90

Tramp onu Ağ Evin yeni hüquq məsləhətçisi təyin etdi

ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində Uill Şarfın Ağ Evin yeni hüquq məsləhətçisi təyin olunduğunu elan edib.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Şarf sentyabrın 1-dən etibarən bu vəzifədə 2025-ci ilin yanvarından bəri çalışan Devid Uorrinqtonu əvəz edəcək. Trampın paylaşımında Uorrinqtonun öz fəaliyyətini özəl sektorda davam etdirəcəyi bildirilir.

Uill Şarf Donald Trampla onun birinci prezidentlik müddətində və seçki kampaniyası zamanı əməkdaşlıq edib. İkinci prezidentlik müddətinin əvvəlindən Şarf prezident administrasiyasında çalışıb və onun sonuncu vəzifəsi Paytaxtın Milli Planlaşdırma Komissiyasının rəhbəri olub. Həmin vəzifədə o, Trampın Ağ Evdə yeni bal zalının tikintisinə icazə almasına köməklik göstərib.

Şarfın vəzifə öhdəliklərinə hüquqi və siyasi məsələlər üzrə məsləhətlərin verilməsi, Ədliyyə Nazirliyi ilə qarşılıqlı əlaqənin təmin edilməsi, müvafiq sənədlərin hazırlanması və digər məsələlər daxil olacaq.