Azərbaycanla Serbiya arasında imzalanan 57 sənəd ikitərəfli əməkdaşlığın güclü hüquqi bazasını təşkil edir.
“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Serbiyanın milli bayramı – Dövlətçilik Günü ilə bağlı Bakıda keçirilən tədbirdə deyib.
O, Prezident İlham Əliyev və Serbiyanın dövlət başçısı Aleksandar Vuçiç arasında formalaşmış açıq, səmimi və qarşılıqlı anlaşmaya əsaslanan əlaqələrin rolunu vurğulayıb.
Nazir xüsusilə dövlət başçıları tərəfindən 2013-cü ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsini, 2018-ci ildə qəbul edilmiş Birgə Fəaliyyət Planını və 2022-ci ildə yaradılmış Strateji Tərəfdaşlıq Şurasını qeyd edib.
O bildirib ki, Serbiyanın Azərbaycanın əsasən qeyri-neft sektoruna yönəlmiş investisiyalarının artması, eyni zamanda Azərbaycan Dövlət Neft Fondunun Serbiyanın maliyyə alətlərinə yatırdığı sərmayələrin həcminin yüksəlməsi iki ölkə arasında qarşılıqlı etimadın və tərəfdaşlığın möhkəmləndiyini aydın şəkildə nümayiş etdirir.
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır