Paytaxtın Nəsimi rayonu ərazisində vətəndaşlardan biri ona məxsus mağazadan oğurluq edilməsi barədə polisə müraciət edib. Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 58 yaşlı İ.Səfərli müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə bildirilib ki, araşdırmalarla onun gecə saatlarında mağazanın qapısının açıq qalmasından istifadə edərək obyektə daxil olduğu müəyyən edilib.
Analoji hadisə Nərimanov rayonu ərazisində də qeydə alınıb. Belə ki, zərərçəkənlər su sayğaclarının oğurlanması barədə polisə müraciət ediblər. Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sayğacları oğurlamaqda şübhəli bilinən T.Məmmədov saxlanılıb.
Araşdırmalar aparılır.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib