Bakı Olimpiya Stadionunda baş tutacaq Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) məkanın planlaşdırılması prosesi zamanı əlçatanlıq prinsipləri əsas prioritetlərdən biri kimi nəzərə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial media hesabında məlumat paylaşılıb.
Bildirilib ki, iştirakçıların rahat və təhlükəsiz hərəkəti üçün aydın istiqamətləndirici nişanlar, panduslar, liftlər, müyəssər sanitar qovşaqlar, taktil yollar, eləcə də yerində dəstək xidmətlərinin təmin edilməsi planlaşdırılır:
"Tədbirin bütün sahələrində inklüzivliyi təmin etmək üçün əlçatanlıq xidmətlərinin planlaşdırılması və həyata keçirilməsi prosesinə müxtəlif sosial qrupları təmsil edən əlilliyi olan şəxslər də fəal şəkildə cəlb olunacaqlar".
Bakı Stadionunda baş tutacaq WUF13-də məkanın planlaşdırılması prosesi zamanı əlçatanlıq prinsipləri əsas prioritetlərdən biri kimi nəzərə alınıb. İştirakçıların rahat və təhlükəsiz hərəkəti üçün aydın istiqamətləndirici nişanlar, panduslar, liftlər, müyəssər sanitar qovşaqlar,… pic.twitter.com/FA6ol7QKdB
— WUF13Azerbaijan (@WUF13Azerbaijan) February 15, 2026
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib