Bu ilin yanvar ayında DOST mərkəzlərində 86 min vətəndaşa xidmət göstərilib. Onların göstərilən DOST xidmətlərindən məmnunluq səviyyəsi 99,4 faiz olub.
“İki sahil” Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 2019-cu ilin may ayından ötən dövrdə ölkəmizdə 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşa və Tərtərdə filialları, Kəlbəcər və Füzulidə DOST məntəqələri açılıb.
Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib