Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Al-Tayeb” şirkəti kənd təsərrüfatı sahəsində ixtisaslaşıb və Azərbaycanla kənd təsərrüfatı məhsulları üzrə əməkdaşlıq imkanlarının genişləndirilməsində maraqlıdır.
“İki sahil” xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı BƏƏ-nin "Al-Tayeb" şirkətinin direktoru Riyad Cabbar deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan şirkətləri ilə əməkdaşlıq edir, əsasən meyvə, tərəvəz və quş əti məhsullarının tədarükü ilə məşğuldurlar.
“Biz Azərbaycandan hipermarketimizə daha çox məhsul ixracını həyata keçirmək istəyirik. Azərbaycandan meyvə, tərəvəz, ət və quş əti sahəsində imkanlar olduğunu düşünürük. “Al-Tayeb” şirkəti dünya üzrə güclü tədarük ofisinə sahibdir. 25 ölkədə öz tədarük ofislərimiz var, çünki məhsulu birbaşa fermerlərdən və təchizatçılardan alırıq və bütün müştərilərimizə satırıq. Biz güclü e-ticarət platformasına sahibik, gündəlik təxminən 300 min müştəriyə xidmət göstəririk. Bölgəmizdə güclü topdansatış paylama şəbəkəmiz mövcuddur. Ümid edirəm ki, Azərbaycandan daha çox kənd təsərrüfatı məhsulları idxal edə biləcəyik”, - deyə R.Cabbar əlavə edib.
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır