"Azərişıq" ASCnin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) Naxçıvan şəhərində planlı təmir-bərpa işləri aparacaq.
“İki sahil” xəbər verir ki, fevralın 17-də 35/10 kV-luq "Xətai" yarımstansiyasından qidalanan "Xəstəxana–Asfaltzavod" 10 kV-luq hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.
Bununla əlaqədar şəhərin 48, 49 və 52-ci məhəllələrində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri həyata keçiriləcək.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib