Lənkəranda 59 yaşlı balıqçı dənizdə boğularaq ölüb.
“İki sahil” xəbər verir ki, hadisə Aşağı Nüvədi kəndi ərazisində baş verib. 1967-ci il təvəllüdlü Məmməd Quliyev balıq tutmaq məqsədi ilə Xəzər dənizinin Lənkəran sahilinə gedib. İlkin məlumata görə, o, dənizdə boğularaq həyatını itirib.
Hadisə barədə məlumat daxil olduqdan sonra aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub. Meyit sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib