İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi prosesinin səmərəli təşkili məqsədilə ardıcıl təlim proqramları həyata keçirilir.
“İki sahil” xəbər verir ki, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin bu istiqamətdə təşkil etdiyi növbəti təlimlər Ağdərə rayonunun Həsənriz kəndində baş tutub. Təlimin ilk günündə sakinlər üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadə qaydaları, meyvə bağlarının salınması, texnikalardan səmərəli istifadə barədə maarifləndirici sessiyalar keçirilib.
Tədbir zamanı fermerlərə EKTİS vasitəsilə müraciətlərin elektron qaydada aparılması və sistemdən effektiv istifadə imkanları barədə ətraflı məlumat verilib. Həmçinin müasir meyvəçiliyin əsas prinsipləri, məhsuldarlığın artırılması yolları, kənd təsərrüfatı texnikalarından düzgün və qənaətli istifadə üsulları izah edilib.
Təlim interaktiv formatda təşkil olunub, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimlər Aqrar Təlim Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 dekabr 2024-cü il tarixli 544 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi Qaydaları”nın 3.6-cı bəndinə uyğun olaraq təşkil edilir. Bugünədək işğaldan azad edilmiş ərazilərdə - Zəngilan rayonunun Ağalı, Xocalı rayonunun Ballıca və Xanyurdu, eləcə də Laçın rayonunun Zabux kəndlərində yaşayan sakinlər üçün belə nəzəri və praktiki təlimlər keçirilib. Hər bir rayonun kənd təsərrüfatı üzrə ixtisaslaşdığı sahələr nəzərə alınmaqla təşkil olunan təlimlər yerli əhalinin aqrar sahədə bilik və bacarıqlarının artırılmasına xidmət edir.
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır