AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC və Çad Respublikasının Elektron Kommunikasiya və Poçt üzrə Tənzimləyici Qurumu (ARCEP) arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev, Çad Respublikasının rabitə, rəqəmsal iqtisadiyyat və rəqəmsallaşma naziri Boukar Mişel, eləcə də digər səlahiyyətli şəxslər iştirak ediblər.
Görüş çərçivəsində qurumda həyata keçirilən rəqəmsal transformasiya, innovativ texnologiyaların tətbiqi, həmçinin elektron kommersiya sahəsində istifadə olunan müasir həllər müzakirə olunub. Eyni zamanda təqdim edilən layihələr və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib