Xətai rayonu, Rəşid Bağırov küçəsi 36 ünvanında üzərində fərdi yaşayış evi inşa olunduğuna görə diametri 500 mm olan magistral su xəttində qəza baş verib.
“İki sahil” xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qəzanın qarşısını almaq və yeni xəttin çəkilməsini təmin etmək məqsədilə görülən işlər çərçivəsində 20 fevral tarixinədək UPD - NZS qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Qeyd olunub ki, bu müddət ərzində sakinlərə su maşınları ilə xidmət göstəriləcək.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib