CASCFEN-in sədri və təşklatın nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib
“Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri Nadir İsmayılov və təşkilatın nümayəndə heyəti Gəncliyə Yardım Fondunu ziyarət edib. Ziyarət çərçivəsində Fondun rəhbərliyi ilə görüş olub.
Bu barədə “İki sahil”ə CASCFEN-in Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, ziyarət zamanı Salih Zeki Meriç qonaqlara Gəncliyə Yardım Fondunun qurulduğu gündən bu günə qədər həyata keçirdiyi humanitar yardım, sosial və təhsil fəaliyyətləri, həmçinin iki qardaş ölkə arasındakı qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə xidmət edən layihələr haqqında geniş məlumat verib.
Nadir İsmayılov isə öz növbəsində Gəncliyə Yardım Fondunun fəaliyyətlərini yüksək qiymətləndirib və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.
Məlumatda deyilir ki, ziyarət zamanı, nümayəndə heyətinə daxil olan CASCFEN-in gənc üzvləri türk dünyasının ortaq dəyərlərinə dair fikirlərini dilə gətiriblər, həmçinin tərəflər arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib