İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsisçisi olduğu “İqtisadi islahatlar” elmi-analitik jurnalı nüfuzlu beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərindən (bazalarından) hesab edilən Norveçin “ERIH+” bazası tərəfindən ideksləşdirilib (https://erihplus.hkdir.no/journal?id=509184).
“İki sahil” xəbər verir ki, “ERIH+” sosial və humanitar elm sahələrini əhatə edən unikal jurnal indeksidir. Bu indeks xüsusən Avropa üzrə keyfiyyətli jurnallara diqqət yetirir və onların əlçatanlığını artırmağa çalışır.
2025-ci ildə “İqtisadi islahatlar” jurnalı elmi məlumat bazası olan “RePEc”ə (Research Papers in Economics) inteqrasiya olunub. Nəticədə “İqtisadi islahatlar” jurnalında çap olunan məqalələr həm “IDEAS” (https://ideas.repec.org/s/azr/reform.html), həm də “EconPapers” (https://econpapers.repec.org/article/azrreform/) platformalarında oxuculara təqdim olunur.
Hazırda “İqtisadi islahatlar” jurnalının “Scopus” başda olmaqla digər beynəlxalq xülasələndirmə və indeksləmə bazaları tərəfindən indeksləşdirilməsi istiqamətində iş davam etdirilir.
Qeyd edək ki, müəlliflər məqalələrini onlayn qaydada “İqtisadi islahatlar” jurnalına təqdim edə bilərlər (https://journal.ereforms.org/az/submit-article). Jurnalda məqalə çapı ödənişsizdir.
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır