Azərbaycanda fevralın 19-na gözlənilən hava şəraiti açıqlanıb.
“İki sahil” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 4-7, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.
Azərbaycanın bölgələrində hava şəraiti şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11, gündüz 17-22, dağlarda gecə 4-8, gündüz 8-13 dərəcə isti olacaq.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib