Azərbaycan Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə evində ziyarət edib.
“İki sahil” xəbər verir ki, bu barədə A.Ələkbərov özünün sosial media hesabında paylaşım edib.
"Dəyərli Xalq şairimiz Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik!
Böyük söz ustasına möhkəm cansağlığı, ruh yüksəkliyi və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Qəlbinizin nuru daim sözünüzə işıq saçsın. Doğum gününüz mübarək!" - paylaşımda qeyd olunub.
Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib
Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib
Süd istehsalçıları və emal müəssisələrinin nümayəndələri ilə onlayn görüş keçirilib