Bu ilin yanvar ayında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 18,3 milyon ton yük daşıyıb.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə 0,1 milyon ton və ya 0,5 % azdır.
Hesabat dövründə nəqliyyatçılar 167,8 milyon sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyon sərnişin və ya 6,7 % çoxdur.
Yanvarda qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,9 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78 % təşkil edib.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib