BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç "WUF13Azerbaijan"a hazırlıq barədə məlumatlandırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "X"dəki hesabında yazıb.
"Bu gün BMT-nin Azərbaycanda yeni təyin olunan müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç ilə səmərəli görüş keçirdik.
Cənan İqor Qarafuliçə Azərbaycanın milli prioritetləri və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq post-münaqişə dövründə həyata keçirilən bərpa-quruculuq proseslərində əldə olunan irəliləyişlərdən bəhs etdik.
Həmçinin 2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" elan olunması və may ayında Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (#WUF13Azerbaijan) hazırlıq barədə ətraflı məlumat verdik", - A.Quliyev qeyd edib.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib