Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, tərəfdaş qurumların və sahə üzrə mütəxəssislərin birgə fəaliyyəti son illərdə Azərbaycanda internetin əlçatanlığının, keyfiyyətinin və sürətinin artırılmasına ciddi töhfə verib. Ölkədə rəqəmsal infrastrukturun ən transformativ təşəbbüslərindən biri olan “Onlayn Azərbaycan” layihəsi bu sahədə mühüm mərhələdir.
“İki sahil” xəbər verir ki, bu fikirləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov “A-dan Z-yə internet: media üçün praktik təlim”də çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, “Onlayn Azərbaycan” layihəsi regionlarda yüksək sürətli internetə çıxışın genişləndirilməsi, rəqəmsal xidmətlərin əlçatanlığının artırılması və ümumilikdə ölkənin rəqəmsal transformasiyasının sürətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
“Bu gün hər biriniz üçün maraqlı, faydalı və nəticəyönümlü təlim proqramı təqdim olunur. Məqsəd media nümayəndələrinin materiallarını və araşdırmalarını daha təfərrüatlı, əsaslandırılmış şəkildə hazırlamasına dəstək verməkdir”, - deyə R.Bayramov əlavə edib.
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib