Rusiya Federasiyası Müdafiə Nazirliyinin Silahlandırma rəisi - Hava Kosmik Qüvvələri Baş Komandanının silahlandırma üzrə müavini general-polkovnik Yuriy Qrexovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir.
“İki sahil” xəbər verir ki, Hərbi Hava Qüvvələrində olan nümayəndə heyəti burada müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ilə görüşüb.
Görüşdə Azərbaycanla Rusiya arasında hərbi əməkdaşlığın cari vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Müdafiə Universitetinin komandanlığı və bir qrup dinləyicilərin iştirakı ilə keçirilən seminarda iştirak edib.
Seminarda hərbi-təhsil və elm sahəsində tətbiq edilən yeniliklər barədə fikir mübadiləsi aparılıb.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub