“OPEC plus” ölkələri aprel ayında mart ayı səviyyəsinə nisbətən gündəlik neft hasilatını 206.000 barel artırmaq barədə razılığa gəliblər.
“İki sahil” yazır ki, təşkilatın mətbuat açıqlamasına görə, qərar sabit qlobal iqtisadi proqnozlar və hazırda sağlam bazar fundamentalları ilə əlaqədar olaraq verilib ki, bu da aşağı neft ehtiyatlarında əks olunur.
Səudiyyə Ərəbistanı, Rusiya, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qazaxıstan, Əlcəzair və Omandan ibarət qrupun nümayəndələri virtual görüş keçiriblər.
Qeyd edilib ki, “OPEC plus” qrupunun növbəti iclası aprelin 5-də keçiriləcək.
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Qazaxıstan və Monteneqro Trans-Xəzər marşrutunun Adriatik dənizinin Bar limanı ilə birləşdirilməsini nəzərdən keçirir
Şəmkirdə aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib