08 mart 2026 15:44
270

“Neftqaztikinti” Trestində Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib

SOCAR-ın “Neftqaztikinti” Trestində Həmkarlar İttifaqı Komitəsi ilə birgə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə trestin rəhbər şəxsləri, şöbə rəisləri və onların müavinləri, bölmə rəhbərləri, Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, həmçinin trest aparatında çalışan xanım əməkdaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan trestin müdiri Qağaməli Seyfullayev qadın əməkdaşları bayram münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıb. O, xanımların trestin fəaliyyətində və inkişafında göstərdikləri zəhmət və əzmkarlığı yüksək qiymətləndirərək onlara təşəkkürünü bildirib.

Həmkarlar İttifaqı Komitəsinin sədri Əli Qurbanov da çıxış edərək qadın həmkarlarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara iş fəaliyyətlərində uğurlar və şəxsi həyatlarında xoşbəxtlik arzulayıb.

Daha sonra trestin rəhbər şəxsləri və digər tədbir iştirakçıları da çıxış edərək xanım əməkdaşlara təbriklərini və xoş arzularını çatdırıblar.

Sonda Həmkarlar İttifaqı Komitəsi tərəfindən hazırlanmış hədiyyələr xanımlara təqdim olunub.

Tədbir iştirakçıları qadınları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir daha təbrik edərək onlara möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Orxan Vahidoğlu, "İki sahil"