“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
“İki sahil” xəbər verir ki, martın 18-də hər iki istiqamətə səfərlər təşkil ediləcək.
Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.
Sel təhlükəli ərazilərdə yaşayanlar təhlükədən qorunmağın yolları barədə maarifləndiriliblər
Xocavənd rayonunda məskunlaşma olan yaşayış məntəqələri telekommunikasiya xidmətləri ilə təmin edilib