Martın 11-də Cenevrədə səfərdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti ilə Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) baş katibi Ərgüc Kələntərli arasında görüş olub. Təşkilatın qərargahında baş tutan görüşdə nümayəndə heyətinin rəhbəri - Nazirliyin Baş hərbi eksperti general-mayor Fərhad Səmədov və FHN-in digər məsul şəxsləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, görüşdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə BMMT arasında münasibətlərin daha da inkişaf etdirilməsi, xüsusilə mülki müdafiə, fəlakət risklərinin azaldılması, fövqəladə hallara hazırlıq, belə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinə dair məsələlər müzakirə olunub.
Müzakirələr zamanı, həmçinin fövqəladə hallara qarşı dayanıqlılığın artırılması üçün beynəlxalq və regional səyləri dəstəkləmək məqsədilə praktiki əməkdaşlığı genişləndirmək və koordinasiyanı gücləndirmək imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə təşkilatın humanitar mandatı çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsinin və birgə təşəbbüslərin təşviqinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Azərbaycan ilə Özbəkistan mediaları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
Ağdərə, Zəngilan və Şuşada sakinlər və işəgötürənlərlə növbəti görüşlər keçirilib
Müasir universitet müəllimi həm fəal tədqiqatçı, həm də yüksək pedaqoji səriştəyə malik mütəxəssis olmalıdır - MÜSAHİBƏ
Qazaxıstanda Azərbaycan telekanallarının, ölkəmizdə isə Qazaxıstan telekanallarının yayımı ilə bağlı fikir mübadiləsi aparılıb