Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbərliyi ilə Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında fəaliyyət göstərən İctimai Şura üzvləri arasında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib. Məlumata görə, görüşdə kənd təsərrüfatı sahəsində mövcud vəziyyət və aktual məsələlər müzakirə olunub.
İctimai Şura üzvləri tərəfindən arıçılıq, balıqçılıq, gülçülük, ixtisaslı kadr məsələləri və digər istiqamətlərdə mövcud problemlər diqqətə çatdırılıb, bu sahələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüşün yekununda bu cür müzakirələrin mütəmadi olaraq aparılması və davamlı olması qərara alınıb.
BDU-nun müəllimi “Fulbright” Proqramı çərçivəsində ABŞ-nin Nyu-York Universitetində tədqiqatlar aparacaq
Xəzər dənizində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi məqsədilə laborator təhlillərə başlanıb
Təhlükəsizlik prioritetdir: TikTok 2026-cı ilin birinci rübündə Azərbaycanda təxminən 600 min videonu silib