13 mart 2026 21:45
291

YAP Daşkəsən rayon təşkilatının ərazi partiya təşkilatında yığıncaq keçirilib

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatında yığıncaq keçirilib.

“İki sahil” xəbər verir ki,  yığıncaqda YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev, aparatın məsləhətçisi Sərdar Xıdırov, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzi ərazi partiya təşkilatının sədri Cavid Məmmədov və digər partiya üzvləri iştirak ediblər.

Çıxış edən natiqlər bildiriblər ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan memarlıq və şəhərsalma strategiyası Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun şəkildə davam etdirilir. Qeyd olunub ki, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri milli şəhərsalma konsepsiyasının uğurla tətbiqinin bariz nümunəsidir.

Sonda natiqlər partiya üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara xoş bayram əhval-ruhiyyəsi və firavanlıq arzulayıblar.