ABŞ və İsraillə müharibənin dayandırılması Tehrana təhlükəsizlik zəmanətləri və təzminatın ödənilməsindən asılıdır.
“İki sahil” ISNA-ya istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Ərəbi Əl-Cədid"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ABŞ və İsrail ilə münaqişəyə son qoymaq üçün hələlik konkret təşəbbüslər yoxdur.
"Hazırda müharibəyə son qoymaq üçün heç bir konkret təşəbbüs irəli sürülməyib. Lakin biz münaqişəyə ədalətli son qoyacaq istənilən regional təşəbbüsü alqışlayacağıq", - deyə o bildirib.
ABŞ HDQ Hörmüz boğazını minalardan təmizləmək üçün sualtı dronlardan istifadə edir
Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq
Bolqarıstanda keçirilən parlament seçkiləri üzrə “exit-poll” nəticələri açıqlanıb