Nigeriyanın Plateau ştatında törədilən silahlı hücumda 10 nəfər həyatını itirib.
“İki sahil” xəbər verir ki, şəxsiyyəti hələ müəyyənləşdirilməyən silahlı şəxslər tərəfindən Plateau ştatının Otukpo-Nobi kəndində hücum təşkil edilib.
Hücumda 10 nəfər ölüb, çox sayda insan yaralanıb.
Bölgə rəsmiləri hücumun törədildiyi kəndə təhlükəsizlik qüvvələrinin göndərildiyini, hadisə ilə bağlı araşdırmalara başlanıldığını bildirib.
Plateauda zaman-zaman silahlı hücumlar törədən dəstə üzvlərinin keçən ay ştatda təşkil etdikləri silahlı hücumlarda təxminən 40 nəfər həyatını itirib.
Nigeriya, uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı, Boko Haram və İŞİD-in Qərbi Afrika qolu ISWAP terror təşkilatlarının hücumlarına məruz qalır.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq