Bu günlərdə Malayziyaya səfər edəcək Fransa Prezidenti Emmanuel Makron orada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, o, bu barədə özünün “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Nadir torpaq metalları mənbələrimizi şaxələndirmək üçün Malayziyaya gedəcəyəm. Bu metallar haqqında az danışılır, lakin onlar bəzi elektrik mühərriklərində və elektron cihazlarda istifadə olunan maqnitlərin istehsalı üçün vacibdir", - deyə Makron qeyd edib.
O bildirib ki, çoxsaylı təchizat mənbələrinə malik olmaq Fransa şirkətlərinə resurs çatışmazlığı səbəbindən istehsalın dayandırılması ehtimalını azaltmağa imkan verəcək. Prezident, həmçinin iki ölkə arasında strateji tərəfdaşlıq müqaviləsi bağlamağa və hibrid təhdidlərlə mübarizə mərkəzi açmağa ümid etdiyini də bildirib.