Fövqəladə Hallar Nazirliyi Novruz və Ramazan bayramları ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
“İki sahil” xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun bununla bağlı imzaladığı əmrə əsasən, Novruz və Ramazan bayramları ilə əlaqədar qeyri-iş günlərində bayram mərasimlərinin təşkil olunduğu və insanların kütləvi toplaşdığı məkanlarda baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə ASA və üzv sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri Zəfər Parkını kollektiv ziyarət ediblər