Martın 18-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 9 avtomat silahı, 2 qumbaraatan, 2 pulemyot, 8 qumbara, 2 alışdırıcı, 20 tüfəng, 107 patron darağı və 7233 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
Zəfər Günü münasibətilə ASA və üzv sığorta şirkətlərinin rəhbərləri və nümayəndələri Zəfər Parkını kollektiv ziyarət ediblər