19 mart 2026 15:30
566

Bakı Novruza hazırdı: DƏNİZKƏNARI BULVARDAN FOTOREPORTAJ

Paytaxtımız Bakı Novruzun gəlişini böyük coşqu və ruh yüksəkliyi ilə qarşılayır. Şəhərin hər bir guşəsi bayram ovqatına bürünüb, küçələrdə baharın nəfəsi, insanların üzündə isə sevinc və ümid duyulur. Xəzərin sahilində yerləşən möhtəşəm Dənizkənarı Bulvar da bu bayram ab-havasının ən gözəl əks olunduğu məkanlardan biridir.

“İki sahil” olaraq Novruz bayramı münasibətilə Dənizkənarı bulvarda paytaxtımızın sakinləri və qonaqları üçün hazırlanmış xüsusi bayram guşəsində fotoçəkiliş apardıq.

Bu çəkilişlər təkcə bir xatirə deyil, həm də qədim və zəngin ənənələrimizi yaşadan Novruz bayramının gözəlliyini, Bakının isə bu gözəlliyi necə incəliklə qucaqladığını əks etdirən bədii bir salnaməyə çevrildi.

Beləliklə, Dənizkənarı Bulvarda şahidi olduğumuz bu mənzərə bir daha göstərdi ki, Novruz xalqımızın ruhunda yaşayan, bizi birləşdirən və gələcəyə ümidlə baxmağa çağıran müqəddəs dəyərlərdən biridir. Paytaxtımız isə bu bayramın ruhunu öz gözəlliyi ilə tamamlayaraq onu daha da möhtəşəm və yaddaqalan edir.

Bu əziz bayram münasibətilə hər kəsə səmimi təbriklərimizi çatdırırıq. Qoy Novruzun işığı evlərinizə nur, ocaqlarınıza istilik, süfrələrinizə bolluq-bərəkət gətirsin. Ürəyinizdə tutduğunuz bütün arzular gerçəkləşsin, həyatınız sevinc, sağlamlıq və uğurlarla dolsun.
Novruz bayramınız mübarək! 

Yaqut Ağaşahqızı,”İki sahil”