Ermənistanda leysan yağışları səbəbindən bəzi rayonlarda küçələri su basıb, Sünik vilayətindəki yollarda daş uçqunları baş verib, hərəkət bərpa olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistan DİN-in Xilasetmə Xidmətinin məlumatına görə, daş uçqunları Tatev-Ltsen, Kapan-Kacaran (hərəkət birtərəfli olub), Alidzor – "Şeytan körpüsü" (hərəkət dayandırılıb) yollarının bəzi hissələrində baş verib.
Daha əvvəl Sünik vilayətinin qubernatoru Robert Qukasyan güclü yağıntılar səbəbindən daşqın riski barədə xəbərdarlıq etmişdi. Sakinlərə sahilyanı zonalardan uzaq durmaq, çaylara yaxınlaşmamaq və yollarda ehtiyatlı olmaq tövsiyə olunur.
Sinoptiklərin məlumatına görə, martın 28-i günün ikinci yarısından aprelin 1-dək ayrı-ayrı bölgələrdə vaxtaşırı yağıntılar gözlənilir – dağlıq zonalarda sulu qar proqnozlaşdırılır.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir