Ukrayna Prezidenti Volodimir Zelenskinin Qətərə səfəri çərçivəsində iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.
“İki sahil” xəbər verir ki, bu barədə Qətər Müdafiə Nazirliyinin məlumatında deyilir.
Sənəd raket və pilotsuz sistemlərə qarşı mübarizə sahəsində təcrübə mübadiləsini nəzərdə tutur.
Zelenski Birləşmiş Ərəb Əmirliklərinə səfərindən sonra Dohaya gəlib. O, Əbu-Dabidə BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanla görüşüb.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir