Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və İranın XİN başçısı Seyyid Abbas Əraqçi telefon danışığı aparıblar.
“İki sahil” xəbər verir ki, bu barədə Ermənistanın XİN məlumat yayıb.
Nazirlikdən qeyd ediblər ki, tərəflər Yaxın Şərqdəki son hadisələr barədə fikir mübadiləsi aparıblar, həmçinin vəziyyətin nizamlanmasının mümkün yollarını müzakirə ediblər.
Bundan əlavə, nazirlər bir sıra humanitar məsələlərə və çoxtərəfli gündəlikdə olan mövzulara toxunublar.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir