İranın xarici işlər naziri Abbas Əraqçi Azərbaycana təşəkkür edib.
“İki sahil” xəbər verir ki, bu barədə XİN rəhbəri X sosial şəbəkəsində Azərbaycan dilində yazıb.
“Azərbaycan hökumətinə və xalqına humanitar yardımlara, eləcə də digər ölkələrin yardımlarının çatdırılması üçün yaradılmış şəraitə görə təşəkkürümü bildirirəm. Çətin günlərdə nümayiş etdirilən bu dəstək İran və Azərbaycan xalqlarını birləşdirən ortaq mədəniyyətə söykənir”, - deyə paylaşımda bildirilib.
Fransa məhkəməsi Rusiyanın “kölgə donanması”na aid tankerin sahibini 1 milyon avro cərimələyib
BMT Təhlükəsizlik Şurası Körfəz bölgəsindəki gərginliklə bağlı fövqəladə iclas keçirir