S&P Global-ın moderatorluğu ilə həyata keçirilən “ESG maliyyələşməsində dinamikanın qorunması” mövzusunda paneldə SOCAR-ın Korporativ Maliyyə Departamentinin ESG standartlarının tətbiqi şöbəsinin rəisi Tuncər Əsgərli çıxış edib.
O, çıxışında şirkətin ESG sahəsində əldə etdiyi nəticələr və dayanıqlı maliyyələşmə istiqamətində yanaşmaları barədə fikirlərini bölüşüb.
Tuncər Əsgərli enerji sektorunda dekarbonizasiya üçün artan investisiya ehtiyaclarını, eləcə də karbon-intensiv sahələrdə KPI-ların düzgün müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin SOCAR tərəfindən həyata keçirilən təşəbbüslər, o cümlədən yerli bazarda uğurla yerləşdirilən “yaşıl” istiqrazların əhəmiyyətini qeyd edib.
Orxan Vahidoğlu, "İki sahil"
Vüqar Rəhimzadə: Azad Laçının müasir siması Azərbaycan dövlətinin qüdrətinin göstəricisidir
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaların tətbiq dairəsini genişləndirəcək