Respublikanın Elmi Cərrahiyyə Mərkəzinin strateji inkişaf xətti bir neçə mühüm istiqaməti əhatə edir. Bu istiqamətlərə müasir texnologiyaların tətbiqi ilə tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi, kadr potensialının davamlı olaraq inkişaf etdirilməsi, eləcə də səhiyyə proseslərinin rəqəmsallaşdırılması və infrastrukturun modernləşdirilməsi daxildir.
Bunu Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin (ECM) baş həkimi Nazim Hacıyev “İki sahil”ə verdiyi özəl müsahibədə müəssisənin inkişaf strategiyası və əsas prioritet istiqamətləri barədə danışarkən bildirib.
Onun sözlərinə görə, Respublikanın Elmi Cərrahiyyə Mərkəzinin strateji inkişaf xətti bir neçə mühüm istiqaməti əhatə edir. Bu istiqamətlərə müasir texnologiyaların tətbiqi ilə tibbi xidmətlərin daha da təkmilləşdirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin genişləndirilməsi, kadr potensialının davamlı olaraq inkişaf etdirilməsi, eləcə də səhiyyə proseslərinin rəqəmsallaşdırılması və infrastrukturun modernləşdirilməsi daxildir.
Nazim Hacıyev qeyd edib ki, mərkəzin əsas hədəflərindən biri də istedadlı mütəxəssislərin cəlb olunması, maliyyə dayanıqlığının gücləndirilməsi və göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsidir.
Qeyd edək ki, bu istiqamətlər Elmi Cərrahiyyə Mərkəzinin ölkənin səhiyyə sistemində innovativ və elmi əsaslı inkişaf modelinin formalaşmasına xidmət edir.
Yaqut Ağaşahqızı, “İki sahil”