14 aprel 2026 15:59
289

Nazim Hacıyev: Elmi Cərrahiyyə Mərkəzində pasiyent məmnuniyyəti yüksəlir, çətin cərrahi hallarda multidissiplinar yanaşma tətbiq olunur

pasiyentin məmnuniyyətini artırmaq üçün bir neçə tədbir görürük. Xəstə ilə şəffaf ünsiyyət yaradılır, onlarin ehtiyaclarını dinləyirik, hər biri ilə fərdi yanaşma qururuq, vaxtında cavab verməklə və keyfiyyətli xidmət göstəririk. Bu amillərin hesabına pasiyentlərin etibarın və məmnuniyyətini xeyli artırırıq. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına növbədən kənar tibbi xidmət göstərilir.

Bunu M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin baş həkimi Nazim Hacıyevlə apardığımız müsahibədə pasiyent məmnuniyyətinin artırılması və çətin cərrahi halların müalicəsində tətbiq olunan yanaşmalar barədə məlumat verərkən vurğulayıb.

Nazim Hacıyev qeyd edib ki, çətin və nadir cərrahi halların müalicəsində mərkəzin əsas üstünlükləri ixtisaslaşmış tibbi komanda, müasir avadanlıq və texnologiyalar, eləcə də multidissiplinar yanaşmadır. Müxtəlif sahələr üzrə mütəxəssislərin birgə qərar qəbul etməsi daha dəqiq diaqnostika və effektiv müalicəyə imkan yaradır.

Yaqut Ağaşahqızı, “İki sahil”