17 aprel 2026 19:17
142

Qarabağda “erməni izini kim “əkib”?

Erməni saytlarından biri bu günlərdə yazıb ki, guya Ağdərədə İkinci Dünya müharibəsi (1941–1945) və “artsax azadlıq müharibəsi qəhrəmanları”nın xatirəsinə həsr olunmuş abidə dağıdılıb. Bu barədə Qarabağdan getmiş Artak Mkrtçyan məlumat paylaşıb. Üstəlik, o, utanıb qızarmadan Ağdərəni “Mardakert” adlandırıb. Həyasız erməni bildrib ki, “Bu abidə 7 may 2007-ci ildə müxtəlif nəsillərin qəhrəmanlarının xatirəsini birləşdirən bir simvol olaraq qoyulmuşdu. Bu gün isə artıq orada yoxdur”.

Sarsaq Artak Mkrtıçyan etiraf etmək istəmir ki, Qarabağda qəhrəmanlar deyil, qan axıdan qatil separatçılar olub. Desin görək Ermənistanda azərbaycanlı qəhrəmanlardan kimin abidəsi var? Bəyəm azərbaycanlılar minlərlə dinc insanı qəddarlıqla qıran cəlladların abidəsini saxlamalıdır? Gülünc bir iddia.

Mkrtıçyanın iddiasına baxmayaraq heç bir mənbədə belə bir abidənin sökülməsi barədə məlumat verilməyib. Hətta sökülmüş olsa belə, o, Azərbaycan üçün heç bir tarixi, mədəni və dini əhəmiyyət kəsb etmir. Çünki işğal dövründə qoyulub. Axmaq daşnak qanmaq istəmir ki, soyqırımlar törətmiş Stepan Şaumyanın, generallar Andronik Uzunyanın, Dronun, Njdenin, podpolkovnik Nelson Stepanyanın abidəsi Azərbaycan torpağında necə mövcud ola bilər? Biz buna izn verərikmi? Əlbəttə, yox.

Bir az əvvəlki fikrimizə qayıdaraq deməliyik ki, işğalçı və terrorçu ordunun tərkibində Azərbaycan ərazilərinin qəsb olunmasında iştirak etmiş erməni quldurlarını “artsax azadlıq müharibəsi qəhrəmanları” adlandırmaq və onlara aid hansısa “abidə”ni saxlamaq kimi bir borcumuz yoxdur və heç ola da bilməz. Sadəcə, erməni media resursları Azərbaycan əleyhinə kampaniya aparmaqla beynəlxalq aləmin diqqətini cəlb etməyə çalışır. Halbuki Qarabağda ermənilərə aid heç bir tarixi nümunə yoxdur və heç olmayıb da. Çünki onlar bizim ərazilərə cəmi iki yüz il əvvəl qonaq qismində gətiriliblər. O vaxt xanlar və bəylər erməni köçlərini geri qaytarmaq istəyiblər. Türkmənçay müqaviləsinin bağlanmasında iştirak  edən Rusiyanın İrandakı səfiri Aleksandr Qriboyedov onları sakitləşdirərək bildirib ki, ermənilər Azərbaycanda müvəqqəti yaşayacaqlar. Bundan sonra ölkəmizin başından müdhiş bəlalar heç vaxt əskik olmayıb. O zaman rus ideoloqlarının mənfur planlarına əsasən ermənilər vasitəsi ilə azərbaycanlara məxsus toponimlərin dəyişdirlməsinə başlanılıb. Bu özününküləşdirmə Qarabağ ərazisində də aparılıb.

Yaddan çıxarmamalıyıq ki, ermənilər işğal olunan ərazilərdə yüzlərlə yaşayış məntəqəsinin, dağların, çayların, göllərin, bulaqların adları dəyişdirməyə cəhd göstəriblər. 400-dən çox tarixi-mədəni abidələrin yarısını “erməniləşdiriblər”, qalanlarını isə vəhşicəsinə məhv ediblər. Dağıdılması mümkün olmayan abidələr isə baxımsızlıqdan yararsız hala düşüb. Bunlardan qədim Şuşa şəhərinin əsas rəmzlərindən hesab edilən Yuxarı Gövhər ağa məscidi və Şuşa qalası, Laçın rayonunun Kosalar kəndində yerləşən Ağoğlan məbədi, 40-a yaxın qoç heykəlləri, Kəlbəcər rayonunun Xudavəng kəndində alban-udi məbədgahı, 11 məbəd, 5 qala, məşhur Gəncəsər monastırı, 3 məscid, 17 məbəd, 5 ziyarətgah, Qubadlı rayonunda 2 mağara, 8 məscid, 7 türbə, 2 məbəd, 2 İmamzadə, 10 ocaq-pir, 6 qala məhv edilib və ya erməniləşdirilib. Həmçinin Xocavənd, Xankəndi, Əsgəran, Xocalı, Füzuli və Cəbrayıl rayonlarında çoxlu sayda abidələr erməni terroruna məruz qalıb. Alban əlifbası ilə yazılmış qiymətli daş kitabələr və üzərində alban xaçları olan daşlar oğurlanaraq Ermənistana daşınıb.

Xankəndi işğaldan azad ediləndən sonra şəhərdə bir sex aşkarlanıb. Həmin sexdə saxta daş lövhələr hazırlanırmış. Lövhələr guya qədim dövrlərdə burada inşa edilmiş erməni abidələrinə məxsus imiş. Lakin alimlərimiz dərhal müəyyən ediblər ki, daş kitabələr qədim deyil, bir-iki il əvvəl həmin bu sexdə hazırlanıb.

İndi Ermənistanda bəzi daşnaklaşmış mətbuat vasitələri utanmadan topaqlarımıza erməni izi “əkmək” istəyirlər. Ancaq daha keçməz.

Vəli İlyasov, “İki sahil”