21 aprel 2026 13:15
113

Madyar Macarıstan Prezidentinə istefa ilə bağlı ultimatum verib

Macarıstanda siyasi gərginlik fonunda yeni seçilmiş baş nazir Péter Madyar ölkənin yüksək vəzifəli şəxslərinə sərt ultimatum verib.

“İki sahil” xəbər verir ki,  o, X sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, bir sıra yüksək rütbəli məmurlar, o cümlədən prezident Tamás Sulyok könüllü şəkildə vəzifələrindən getməsələr, onların istefaya göndərilməsi üçün tədbirlər görüləcək.

Ultimatum yalnız prezidentlə məhdudlaşmır. O, həmçinin Ali Məhkəmənin və Konstitusiya Məhkəməsinin sədrlərinə, Milli Ədliyyə İdarəsinin rəhbərinə və baş prokurora da şamil olunur.

Péter Madyar qeyd edib ki, bu şəxslərə vəzifələrini tərk etmələri üçün müəyyən vaxt verilib. Onun sözlərinə görə, əgər onlar 31 maya qədər könüllü istefa verməsələr, yeni hökumət əldə etdiyi səlahiyyətlərdən istifadə edərək onları vəzifədən uzaqlaşdıracaq.